Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.
Turantv.org xəbər verir ki, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri–mərhum Bayram Bayramov haqqında MEK-in Sərbəst Elektron resurslarla iş şöbəsi əməkdaşları tərəfindən Azərbaycan Vikipediyasında məqalə yaradılıb.
Qeyd edək ki, Bayram Bayramov 1968-ci ilin yanvarın 1-də Göyçə mahalında (Ermənistanın Krasnoselsk rayonunda) anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1985-ci ildə Minsk Politexnik İnstitutunun Avtonəqliyyat fakültəsinə daxil olub.
1986-cı ildə Sovet ordusu sıralarına çağırılıb, 1986-1988-ci illərdə iki illik hərbi xidməti başa vurduqdan sonra, Azərbaycana qayıdıb (ailəsi artıq Ermənistandan qovulub, Z.A. Tağıyev qəsəbəsində yerləşdirilib).
Ali təhsilini başa vurmaq üçün Minskə gedən B. Bayramov sonuncu kursda oxuyarkən Xocalı qırğınları başlayıb, Bayramov təhsilini yarımçıq qoyaraq Sumqayıta qayıdıb və bir qrup gənclə müharibəyə könüllü göndərilmələri üçün hərbi komissarlığa müraciət edib.
1993-cü ildə Bayramov Minskdən Azərbaycan Politexnik İnstitutuna keçirilib və təhsilini Bakıda qiyabi davam etdirib.
1994-cü il mayın 8-də Azərbaycan – Ermənistan arasında atəşkəs müqaviləsi (Bişkek protokolu) imzalandıqdan sonra, Bayramov Rusiyaya köçüb. 2014-cü ilin aprelin 28-də Bayram Bayramov Tümen vilayətinin Noyabrsk şəhərində infarktdan dünyasını dəyişib, Sumqayıt qəbiristanlığında dəfn olunub.
Məqalə ilə daha ətraflı buradan tanış ola bilərsiz:
https://az.wikipedia.org/wiki/Bayram_Bayramov_(k%C9%99%C5%9Ffiyyat%C3%A7%C4%B1)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here