Kürdlər köçəri həyat yaşayan, hal – hazırda cənub-şərqi Türkiyə, şimal-şərqi Suriya, şimali İraq, şimal-qərbi İran və cənub-qərbi Ermənistanda dağınıq şəkildə məskunlaşan, tarixləri ilə bağlı ziddiyətli fikirlər olan, Yaxın Şərq xalqlarından biridir. Kürd dili – Hind-Avropa dillərinin İran dil qrupuna daxil olan dildir. “Kürd” sözü qədim dillərdə “pəhləvan”, “mərd” deməkdirLakin kürdlərin bölündüyü əsas etnik qrupların çox azı bu dili başa düşür. Əksəriyyətinin öz şivəsi vardır. Bu gün onlar ümumilikdə kürd adı ilə tanınsalarda irqi, mədəni və dil baxımından çox fərqlidirlər. Etnik qruplardan məsələn zazalar özlərini kürd saymır və başqa bir kürd etnik qrupu olan kurmanclarla öz dillərini və mədəni dəyərlərini qorumaq üçün mübarizə aparırlar. XX əsrin əvvələrində bir tərəfdən SSRi digər tərəfdən də Qərb kürdlərə bu gün “Kürdüstan” deyilən ərazidə dövlət qurmağa çalışmışdılar. Osmanlı dövləti və daha sonra Türkiyə ilə uzun müddətdir davam edən mübarizə məhz bu yöndədir: Birinci Dünya Müharibəsi qurtardıqdan və Osmanlı imperiyasının məğlubiyyətindən sonra müzəffər Qərb Müttəfiqləri 1920-ci ilə aid Sevr müqaviləsinə kürd dövlətinin yaradılmasını nəzərdə tutan maddə salmışdılar.

Lakin üç il sonra bu ümidlər boşa çıxdı. Türk xalqının apardığı İstiqlal savaşı başladı və sonda Sevr müqaviləsi

M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu. Lozanna müqaviləsində kürd dövlətinə aid maddə artıq yox idi və onlar qonşu ölkələrin ərazilərində etnik azlıq olaraq qalmağa məcbur oldular

Kürdlərin bilinən sayı:

Flag of Turkey.svg Türkiyə 10 924 000 (2006)
Flag of Iraq.svg İraq 5 422 000 (2008)
Flag of Iran.svg İran 4 934 000 (2006)
Flag of Syria.svg Suriya 1 490 000 (2010)
Flag of Germany.svg Almaniya 541 000
Flag of Afghanistan.svg Əfqanıstan 20 100
Flag of Lebanon.svg Livan 215 000
Flag of the Netherlands.svg Niderland 72 000
Flag of Switzerland.svg İsveçrə 35 100
Flag of Austria.svg Avstriya 23 000
Flag of Turkmenistan.svg Türkmənistan 6 000 (2008)
Flag of Armenia.svg Ermənistan 42 139 (2001)
Flag of Georgia.svg Gürcüstan 20 843 (2002)
Flag of Azerbaijan.svg Azərbaycan 6 100 (2009)


 

1 comment

  1. İstatistiki bilgiler yanlıştır. ABD ve AB tarafından 2000 sonrasında her yıl şişirilerek aktarılmıştır. Kürtlerin Türkiye’deki nüfusları 2,5 milyondur. 234,000 Türk-Kürt evliliği vardır. Nesepte babanın milli kimliği esastır. O yüzden doğan çocukların da % 90’ı Türk’tür. Kürtler, kadim Türk boyları olan Zazaları ve Kurmançları da Kürt nüfusuna dahil etmektedir. Halbuki bu boylar kadim Türkçe’den konuşmaktadırlar. Zaten bu toplumlardan olanlar Kürt olmadıklarını, Türk olduklarını söylemektedirler. Ancak ne Kürtler, ne Türkiye’yi yönetenler ve ne de yabancı mihraklar bunlara aldırış etmemektedirler. Irak’ta ve diğer yerlerde de Kürt nüfusu 2 milyon civarındadır. Burada aktarılan bilgiler Kürtler tarafından lanse edilmektedir. CIA Factbook’a yıllar içerisinde baktığınızda son 17 sene içerisinde Kürt nüfusunun % 1-3 puan artırıldığını görürsünüz. Yani yalan beyan olduğu baştan bellidir. Bunu yapmalarının tek nedeni de “belirli bir nüfusu aşan toplumların uluslararası kanunlara göre kendi devletlerini kurma hakkının olmasıdır”. Kürdistan’ı ilan edebilmek için rakam şişirmeye ihtiyaçları vardır. Türk Devletleri ve Toplumları da bu oyuna düşmektedir. Kürtlerin lanse ettiği verileri kullanmaktadırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here