Kanadanın Elm naziri Reza Moridi İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyməsinə sərt münasibət bildirilməkdədir. Riza Moridi şəxsiyyətini satmış adamdır. Erməni yalanlarına inandığı üçün deyil, kanadalı əfəndilərinə xoş görünmək üçün bunu edib. Bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı Ilhan Esen diaspor hərəkatının fəalı Elnur Eltürklə söhbəti zamanı bildirib. Federasiya rəhbəri tarixdə öz xalqına xəyanət edən heç bir kimsə və hətta öz ailəsi də bu xəyanət ayıbından qurtula bilməyəcəyini qeyd edib. “Qərb dünyası erməni soyqırımı yalanına düz olduğu üçün deyil, əllərində siyasi və strateji bir silah olduğu üçün buna dəstək verirlər. Riza Moridi kimi şəxsiyyətsizlər çirkin oyunun alətidir. Və türk milləti tarixən heç bir xalqı soyqırıma məruz qoymayıb. XV əsrdə ispanlar tərəfindən soyqırıma məruz qalan yəhudilər, Osmanlı imperiyasının gəmiləri ilə qurtulub İstanbula gətiriliblər“,-deyə Ilhan Esen əlavə edib. Qeyd: R.Moridi nüvə energetikası üzrə ixtisaslaşmış peşəkardır. O, Güney Azərbaycanın Urmiya şəhərində doğulub, lakin artıq 24 ildir ki, Kanadada yaşayır. Kanadada Ontario əyalətinin parlamentinə üzv seçilməsində həmin əyalətdə yaşayan türklər və azərbaycanlıların səsi böyük rol oynayıb. Dəfələrlə Bakıda səfərdə olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here