Haşdi Şabinin kimliyi haqqında müxtəlif versiyalar mövcuddur. Kimisinə görə, bu təşkilat Yaxın Şərq coğrafiyasını məzhəb müharibələrinə sürükləyən beynəlxalq güc mərkəzlərinin sünni İŞİD-ə qarşı yaratdıqları şiə alternatividir, kimisinə görə də İŞİD zülmünə qarşı İraq əhalisinin ortaya qoyduğu dirəniş hərəkatının adı...

İlk versiyanı irəli sürənlərin fikrincə, xaricdən qidalanan Haşdi Şabi də region üçün İŞİD qədər təhlükəlidir. Haşdi Şabi tərəfdarları üçün isə bu könüllülər ordusu İraqı və Suriyanı İŞİD zülmündən azad edəcək yeganə silahlı qüvvədir.



Haşdi Şabini “şiənin İŞİD-i” hesab edənlərin digər arqumenti onun şiə üləmalarından ayətullah Seyid Əli Hüseyn Sistaninin fitvasıyla qurulmasıdır. Qurulduğu ilk dövrlərdə Sistaninin “Ləbbeykə ya Hüseyn!” şüarı altında İraq xalqını İŞİD-ə qarşı mübarizəyə səsləməsi istər Qərb, istərsə də müsəlman dünyası tərəfin

dən birmənalı qarşılanmamış, sünnilərdən qısas almaq arzusu kimi qiymətləndirilmişdir. Regional və beynəlxalq təpkiləri nəzərə alan ayətullah Sistani sonradan bu səhvini düzəltmiş, həmin ərazilərin yalnız şiələrin deyil, həm də bütün iraqlıların vətəni olduğunu etiraf edərək, şüarını dəyişdirmişdi.

Haşdi Şabinin kimliyi haqqında mülahizələr müxtəlif olsa da, onun hazırda İraqda ən ciddi hərbi qüvvə olduğunu hər kəs qəbul edir. Təxminlərə görə, Haşdi Şabi ətrafında 300 mindən artıq insan birləşib. Bu sayın şişirdildiyini, 300 min yox, 120 min və ya 150 min Haşdi Şabiçinin olduğunu təxmin edənlər də var.

Bir-birindən, hardasa, 2 dəfə fərqli olan bu rəqəmlər isə onun İraqdakı güc nisbətindəki üstünlüyünü qətiyyən azaltmır. Ən aşağı ehtimalda belə, haqqında danışdığımız qüvvənin, bütövlükdə götürəndə, İraqın bütün silahlı qruplarından – həm peşmərgənin, həm İŞİD-in, həm də İraq ordusunun ümumi sayından 2 dəfə çox olduğu bildirilir.

Etnik mozaikadan ibarət olan İraq əhalisinə aid 76 etnik qrupun müqavimət gücünü özündə birləşdirən Haşdi Şabi döyüşçüləri arasında türkmənlər də mühüm yer tutur. Telafərli alim Ziya Abbasın bildirdiyinə görə, Haşdi Şabidə ərəblərdən sonra ən böyük batalyonlar türkmənlərə məxsusdur. Rusiyanın “Sputnik” xəbər agentliyinə açıqlama verən Ziya Abbasın fikrincə, hazırda Mosul əməliyyatına başlayan bu silahlı birləşmədə, ən azı, 12 min türkmən döyüşür. Nəzərə alsaq ki, Mosulda İŞİD-çilərin cəmi 4-8 min arasında döyüşçüsü var, türkmənlərin say etibarilə onlardan ikiqat artıq qüvvəyə malik olduğu ortaya çıxır.

Heydər Oğuz

Strateq.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here