Şimali Koreya BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarına cavab verib.
Şimali Koreyanın rəsmi mətbuatı xəbər yayıb.

Məlumatda deyilir: “Yapon arxipelaqının dörd adası nüvə silahı ilə dənizə qərq olacaq. ABŞ-ı külə döndərəcəyik. Amerikanı quduz it kimi ölənə qədər döyəcəyik”

ABŞ kəşfiyyatı Şimali Koreyada raket buraxılışına hazırlıqların getdiyini müəyyən edib.

Trend-in “NBC News”a istinadən verdiyi məlumata görə, bunu kəşfiyyatdakı mənbə bildirib.

Qeyd edək ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini yekdilliklə dəstəkləyib.

Sənəd Şimali Koreyanın toxuculuq məhsullarının alınmasına, bu ölkəyə qaz kondensatının satılmasına qadağa qoyur və Şimali Koreya limanlarından çıxan və ora gedən yük gəmilərinin yoxlanmasını nəzərdə tutur.

Qətnamə Şimali Koreyaya neft məhsullarının satışını məhdudlaşdırır – bu ilin sonunadək maksimum 500 min barel və 2018-ci ilin yanvar ayından başlayaraq il ərzində maksimum 2 milyon barel.

Qətnamə BMT-yə üzv ölkələrə Şimali Koreya vətəndaşlarına şləmək üçün icazə verilməsinə qadağa qoyur, humanitar yardım və denuklearizasiya halları istisna olmaqla.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here