Türkiyənin Sabancı Universiteti ilə Almanyanın Potsdam Universitetinin ortaq təşkilatçılığı ilə 14-17 sentyabr tarixlərində qondarma erməni soyqırımı  mövzusunda kofrans keçiriləcək. Mövzu ilə bağlı etirazlar edənlər də var.

Turantv.org xəbər verir ki, məsələyə ilk sərt etirazını bildirən Dünya Azərbaycanlıları Konqresinin və İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri,Dr. Asif Kurban olub.

Türkiyənin tanınmış “Yeni Asır” qəzetinə açıqlama verən təşkilat sədri, bir türk universitetinin belə bir tədbir etməsinin çox səhv olduğunu qeyd edib.

“Bu,tədbiri bir universitet təşkil etsə də, tədbir həm elmi mahiyyət daşımaqdan uzaqdır. Çünki bu tədbirə ancaq qondarma erməni soyqırımını qəbul edənlər dəvət olunublar. Tarixi saxtakarlığı özündə daşıyan və obyektivlikdən uzaq olan  bu tədbirin dayandarılması lazımdır”,-deyə təşkilat sədri bildirib.

Selcan

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here