Amerikada Donald Trump iqtidarının hakimiyyətə gəlmısi ilə ölkədə aktivləşən irqçi qrupların fəaliyyətləri gündəmə düşməyə başlaması ilə Azərbaycanlı izləyicilər üçün bu təşkilatların kökənini araçdırmağa qərarlaşdırdım.
Amerika irqçiliyi deyiləndə heç şübhəsiz ağıla gələn ilk təşkilat Ku Klux Klandır (KKK). Amerika Vətəndaş Müharibəsindən sonra Cənublu zabitlər tərəfindən yaradılmış KKK özünün qızıl çağlarını 1920 ci illərdə yaşamışdır. Mussolininin Romada 50 min faşistlə keçirdiyi yürüşdən sonra iqtidara gəlmısindən ruhlanan KKK 1925 və 1926 cı illərdə 60 mindən çox aktivistlə Amerikanın paytaxdı Vaşingtonda kütləvi yürüşlər keçirmiş, lakin Amerika iqtidarı KKK ya boyun əyməmişidir.
Mussolini və Hitlerin iqtidara gəlişi ilə dünyada artan faşizm meyilləri KKK nın inkişafına təsir göstərmiş və üzv saylarını 3 milyona kimi qaldırmışdır. İkinci Dünya müharibəsinin bitməsi ilə KKK sürətlər zəifləmiş və yox olmaq səviyyəsinə enmişidir. Müasir Amerika irqçiliyinin kökü KKK ya deyil adı çoxda hallanmayan “German – American Bund” və ya “Yeni Almaniyanın dostları” təşkilatına çatır.
“German- American Bund” Amerika və Almaniyanın münasibətlərinin güclənməsi və Amerikada nasionalizmin yayılması üçün 1936 cı ildə Fritz Julius tərəfindən New York da qurulmuşdur. Ikinci Dünaya Müharibəsinə kimi Amerikalı Nasionalistlər bu təşkilatın tərkibində 20 ədəd düşərgə qurmuş, 25 min üzv və 8 min nəfərlik SA gücü toplamışdır. Amerikanın İkinci Dünya Müharibəsinə girməsi ilə bu təşkilatın fəaliyyəti qadağan olunmuş və Fritz Khunt həps edilmişdir.
1959 cu ildə “German- American Bund” un davamçısı sayılan Amerikan Nasional Sosialist Partiyası İkinci Dünya və Koreya müharibəsi qazisi George Lincoln Rockwell tərəfindən bu günki aksiyaların mərkəzi olan və “Amerikanın Nünberqi” adlanan Virginiyada qurulmuşdur.
Müasir dövrdə Amerikada artan qaradərili sayı nisbətində azalmağa başlayan ağlarda özünü müdafiə instinqtini artırır. Günümüzdə Amerika irqçilırinin ən aktiv təşkilatı olan “Aryan 

Qardaşlığı” adı ilə gənclərdən ibarət qruplar “SA” nın yəhudilərə etdikləri boykotun eynisini Amerikada yaşayan etniklərə edir və bu çox zaman cinayət əməlləri ilə müşahidə olunur. Rəsmi olan statistikaya görə Amerikada edilən cinayətlıərin 6% ni Aryan Qardaşlığı təşkilatının üzvləri edir.
Amerika Nasional Sosialist Partiyasının sədri Rocky J. Suhayda verdiyi mühasibəsində “Donalt Trumpun iqtidara gəlməsi, Ağ irqçilərin Amerikda iqtidarı ələ keçirməsi üçün fürsət olduğunu” demişdi
 
Müəllif: araşdırmaçı Nuru Nuruzadə

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here