İnsanlığın bəlkə də ən qədim inanclarından biri olan Şamanlıqla məşğul olmaq Türklərin də məlum olan ilk dini təlimlərindən biri kimi tanınır. Göy Tanrıya əsaslanan bu cərayanda ayin və mərasimləri keçirən adama Şaman, ya da Qəm deyilirmiş. M.Kaşğarinin günümüzə çatan məlumatlarına görə isə Qəm tanrı və ruhlar ilə insanlar arasında vasitəçilik etmək gücünə malik olan şəxs imiş. Bu gün Rusiya Federasiyasının tərkibində yer alan Xakasiyada şamanlıq hələ də qorunub saxlanır.
Bu gün fərqində olsaq da, olmasaq da gündəlik həyatmızda bir çox şaman adət-ənənələrdən istifadə edirik. Mənasını və mənbəyini bilmədiyimiz bu şaman adətlərini heç fikirləşmədən həyata keçirir, hətta nəsildən-nəsilə ötürürük.
Image result for şamanlar
Moderator.az-ın təqdim etdiyi bu yazıda həyatımıza daxil olmuş və çoxumuzun istifadə etdiyi Şaman adətləri haqqında məlumat təqdim etməyə çalışacağıq.
Suya qurğuşun tökmək
Hayatımıza girmiş Şaman adetleri 3.resim
Hansı zamanda, neçənci əsrdə yaşadığımıza baxmayaraq bu gün də qorxuluq götürmək, “çildağ etmək”, qurğuşun əritmək adəti qalmaqdadır. Bu adət Şamanlardan günümüzə gəlib çıxıb. Şaman inanclarına görə qurğuşun əritmək insanı pis ruhlardan təmizləyir, canındakı qorxunu çıxarır.
Günümüzdə də bir kasa suya tökülən qurğuşunun həmin anda insan beynində toplanmış mənfi elektriki təmizlədiyi elmi yolla sübut edilib.
Qulaq çəkib taxtaya vurmaq
 
Hayatımıza girmiş Şaman adetleri 4.resim
Şamanlarda çox məşhur olan qulaq çəkib taxtaya vurmaq adəti  bir hadisənin pis ruhlar tərəfindən eşidilməsinə mane olmaq məqsədilə həyata keçirilirmiş. Ağac və təbiət müqəddəs hesab edildiyindən vurulan yerin mütləq taxta olması lazım imiş. Bu gün də üzdəniraq bir hadisə eşidəndə “şeytan qulağına qurğuşun” deyərək əlimizlə toxmaq kimi üç dəfə taxtaya vururuq.
Qırmızı lent

Şamanlar pis ruhlardan qorunmaq, şans və uğur gətirməsi üçün paltarına, musiqi alətlərinə qırmızı iplər bağlayarmış. Bu gün də ərə gedən qızların belinə, medal və ordenlərin üzüklərinə, aldığımız hədiyyələrə qırmızı lent bağlayaraq şans və xoşbəxtlik diləməyə davam edirik.

Xalça, kilim naxışları

Hayatımıza girmiş Şaman adetleri 6.resimŞamanlar geyindikləri geyimlərə ilan, əqrəb, qırxayaq, qunduz kimi yabanı və zərərli heyvan şəkilləri çəkirlərmiş. Bununla da zərərli həşarat və heyvanların qaçacağına inanırmışlar. Keçmişdən bu günə qədər də nənələrimizin toxuduğu xalça və palazların çoxunda istifadə edilən motivlər Şaman paltarlarının izlərini əks etdirir.
Fit çalmaq
 
Image result for fit çalmaq
Şamanlar ruhları yaxşı və pis olmaq üzrə ikiyə ayırırmış. Lazımsız yerə fit çalmağın pis ruhları çağırdığına inanırmışlar. Bu səbəbdən lazımsız yerə fit çalmaq xoş qarşılanmırmış. Bu gün də boş yerə fit çalmaq şeytanı çağırır düşüncəsiylə yaxşı qarşılanmır. Çünki şeytan pis ruhu təmsil edir.
Qapı kandarını bəzəmək
 
Image result for qapıdan nəsə asmaq
Şaman inancında kandar tanrısı mövcud imiş və qədim şamanlar kandar tanrısını incitməmək üçün kandara şeirlər yazar, naxışla bəzəyərmiş. Bu gün kandarlara şeirlər yazılmasa da bir çox evin qapısına at nalı, sünbül, üzərlik dəstə, göz muncuğu, nəzər out, bəzi rayonlarda sınıq çaynik  kimi əşyalara rast gəlmək mümkündür.
Göz muncuğu
 
Image result for göz muncuğu
Şamanlar mənfi enerjilər üçün mavi rəngdə içi boş muncuqlar düzəldirmişlər. düşünürmüşlər ki, mavi səma rəngi pis enerjini aparıb muncuğun boş hissəsində toplayır. Muncuğun içində toplanan pis enerji çoxaldıqca da muncuq çatlayır və pis enerji yox olur. Günümüzdə pis enerjiyə qarşı evimizdə, maşınımızda və üstümüzdə mavi gözmuncuq daşımaq ən sevdiyimiz adətlərdən biri olmaqda davam edir.
Dəsmal bağlayıb arzu tutmaq
 
Hayatımıza girmiş Şaman adetleri 11.resim
Şamanlarda arzu və istəklərin qəbulu üçün müqəddəs hesab edilən ağaclara bez bağlanarmış. Bu şəkildə Göy Tanrısından niyyət edilərmiş. Bağlanılan bezin isə insan bədənindən bir parça təmsil etdiyinə inanırmışlar. Bu gün də bir çox yerdə ağaclara cır-cındır bağlanaraq dua edilir, niyyət tutulur.
Bəzəkli məzar daşları 
 
Image result for bəzəkli məzarlar
Şamanlıqla məşğul olnlar heç vaxt qəbirləri gizlətmirmişlər. Əksinə, önəmli şəxslərə xüsusi qəbirlər düzəldib üstündə gümbəzlər tikilirmiş. Bu gün də məzar daşlarının dəbdəbəli bəzədilməsi, bir sənət əsəri kimi hazırlanması şamanlıqdan günümüzə gəlib çatdığına işarədir.
Allah göydədir
Hayatımıza girmiş Şaman adetleri 13.resim
Şamanlardan günümüzə gələn daha bir adət Göy Tanrı inancı ilə bağlıdır. Bu inancdan dolayı dua edərkən əllərimizi göyə açırıq. Quranda isə “Allah sizə şah damarınızdan yaxın və sonsuz, hüdudsuzdur” deyə ifadə edilir.
Niyyət ağacı 
Şamanlar arzularının qəbulu üçün müqəddəs sayılan ağaclara bez bağlayarmış. Bu gün bir çox yerlərdə bez, dəsmal, parça, yaylıq, cır-cındır bağlanmış ağaclara rast gəmək olur. Hətta Ağ şəhər bulvarında dəmirdən qoyulmuş arzu ağacı var. Sevgililər, evlənmək üzərə olanlar bir ömür boyu ayrılmamaq arzusu ilə adlarını yazdıqları qıfılları həmin ağaca bağlayırlar.
Qırxın çıxması
Hayatımıza girmiş Şaman adetleri 15.resim

Qədim Türk inancına görə ruh fiziki bədəni 40 gün sonra tərk edir. Türk dastanlarında qırx rəqəmi çox yer alır və qırx igidlərdən, qırx qızlardan çox bəhs edilir. “Manas” dastanında olduğu kimi, Dədə Qorqud hekayələrində də qırx igidlərdən söz açılır. Qırğız Türeyiş əfsanəsində də, Şağan Xanın bir qızı və otuz doqquz xidmətçisi ilə qırx qız bir gölün kənarına gedərək sudan hamilə qalmışlar.

Hekayə və nağıllarda qırx gün və qırx gecə toy, qırx hərəmi, qırx sətir və qırx qatırdan çox danışılır.

Şaman inanclarına görə ruh bədəni 40 gün sonra tərk edir. Buna görə də o dövrdə ölən insanın ruhunun göyə rahatlıqla səfər etməsi üçün 40-cı gün toplanılıb mərasim keçirimişlər. Bu gün hər evdə vəfat edən şəxs üçün keçirilən 40 mərasimi və ya yeni doğulmuş uşağın pis enerjilərdən qorunması üçün 40-ının çıxması kimi adətlər həyata keçirilir.

İçki:
Şamanlar, Tanrı və qoruyucu ruhlar üçün araq qansız qurban sayılır. Hansıki İslamda içki qəti qadağan edilmişdir. Qədim Türk mədəniyyətində içki içilməsi məşhur bir ənənədir. Xüsusilə toylarda və xoşbəxt günlərdə musiqi məclislərində içki içmək ənənəsi vardır.

Nəzər:

Xalq arasında “nəzər” faktı çox məşhur bir inancdır. Bəzi insanların qeyri-adi xüsusiyyətləri olduğu və onların baxışlarının, qarşılarındakı insanlara narahatlıq verdiyinə, pislik etdiyinə inanılır. Bunun qarşısını almaq üçün “nəzərmuncuğu”, “dəvə muncuğu”, “göz muncuğu” v.s. taxılır. Nəzər faktı da qədim türk inanclarındandır.

Hazırladı: Rumiyyə

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here