Sentyabrın 10-da Ermənistanın Şirak bölgəsində Rusiyanın 102-ci bazasının hərbçilərinin iştirakı ilə münaqişə baş verib.

Erməni KİV-lərinin verdiyi məlumata əsasən, gecə 23:30 radələrində baş vermiş dava nəticəsində iştirakçılardan biri müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə yaxınlaşan yerli polis əməkdaşlarını görən cinayətkarlar hadisə yerindən qaçmışlar.

Münaqişə zamanı kəllə-beyin zədəsi alan 26-yaşlı Rusiya vətəndaşı Yuriy Nikolayev xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, münaqişə Rusiya vətəndaşları 23-yaşlı Vladislav Krasovskiy, 22-yaşlı Viktor Yudin, 26-yaşlı Nursultan Qizatulayev və 26-yaşlı Yuriy Nikolayev arasında baş verib.

Qeyd edək ki, sadalanan şəxslərin hamısı Gümrüdə yerləşən 102-ci Ruisya hərbi bazasının zabitləridir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here