Sosial şəbəkələrdə Azərbaycandan olan İŞİD terrorçusunun fotosu yayılmışdı. Həmin foto terrorçuluğu təbliğ edən və “NorthCaucasus” kimi tanınan bloqer tərəfindən internetdə yerləşdirilmişdi.

Həmin İŞİD-çinin kimliyi məlum deyildi, ilkin versiyaya görə fotodakı şəxsin özbək olduğu təxmin edilirdi. Lakin daha sonra dəqiqləşmişdi ki, bu terrorçu azərbaycanlıdır.

Virtualaz.org yazır ki, fotodakı İŞİD-çinin kimliyi barədə redaksiyalarına məlumat daxil olub. Məlumatda deyilir ki, qeyd olunan şəxs İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşmüş, “Abu Cihad” ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğludur. O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Həmçinin məlum olub ki, Eldəniz Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here