KXDR özünün növbəti nüvə silahını sınaqdan keçirdi. Bununla az qala bütün dünyanı qarşısına aldı. Bütün bu proseslərin və münaqişənin arasında qalan dövlətsə Çindir. Hazırda Pekini Kim rejiminin yeganə xilaskarı hesab etmək olar.

“Şimali Koreyanın nüvə sınağını həyata keçirməsi əslində Pekinin də ürəyincə deyil. Lakin Çin Koreya yarımadasının bölünmüş vəziyyətdə qalmasında olduqca maraqlıdır. ABŞ əsgərlərinin Yalutszyan çayının qarşı sahilində gəzməsi fikri Çin rəhbərliyi üçün əsl kabusa çevrilə bilər. Bu səbəbdən Çin KXDR-i beynəlxalq aləmdə tək buraxmaq firkindən uzaqdır”,- “Council on Foreign Relations” təşkilatının prezidenti İsveçrənin “Tagesanzeiger” qəzetinə bildirib,. Lakin hər kəsi ABŞ-ın Şimali Koreyaya birbaşa hərbi müdaxilə həyata keçirməsi halında Çinin necə davranacağı maraqlandırır.

 

“Çətin ki Çin keçən əsrin 50-ci illərində olduğu kimi milyondan çox “könüllüsünü” Koreya yarlmadasına, savaşa göndərsin. Lakin ÇXR sədri Si Tzinpin ABŞ-ın Çinin cənub sərhədlərində möhkənlənməsini sakitliklə müşahidə edəcək halı da yoxdur. Bu zaman həm Si Tzinpin, həm də ümumyyətlə Çinin özü dünya siyasi arenasında simasını itirə bilər”, – yazıda qeyd olunub.

Yazıda Çinin reaksiya göstərmək üçün başqa imkanlarının olduğu qeyd olunub.

Hər şeydən əvvəl Çinin ildən-ilə güclənməkdə olan donanması ABŞ hərbi-dəniz qüvvələrinin Şərqi Asiyada həqiqi və layiqli rəqibinə çevrilməkdədir. Hazırda Çinin bir avidaşıyıcısı, 25 esmines, 49 freqat və 60 sualtı qayığı var.

 

İkincisi, Çin dənizin özündə yeni müdafiə xətti qurur. Qərb ekspertləri Çinin uzun müddətdən bəri dənizdə “hibrid müharibə” apardığını qeyd edirlər. Son 3 ildə Pekin Cənubi Çin dənizində uçuş zolaqları, limanları və radarları olan onlarla süni ada tikir. Çin bunun vasitəsilə Cənubi-Çin dənizinin 80%-nə iddia etməkdədir. 159 adadan ibarət bu bölgə “doqquzpunktirli xətt “adlanır.

Yazıda Çinin bu layihəyə hələ ötən əsrin 30-cu illərindən start verdiyi vurğulanıb. Çin bununla həmin bölgənin zəngin neft yataqlarını, habelə İran körfəzinə gedən vacib yolları ələ keçirmək istəyir.

Картинки по запросу china artificial island map

Nəhayət, 3-cü Çin yenidən Himalayda yeni ərazilər işal edə bilər. 1962-ci ildə Karib böhranının qızğın çağında Çin Hindistana hücum etmiş və onun ərazilərinin bir hissəsini qoparmışdı.

Beləliklə, Çinin ABŞ-ı KXDR-ə hücumu halında reaksiya vermək üçün bir çox ssenarisi var. Lakin bu ssenarilərin hər biri prosesi qeyri-müəyyənliyə, hətta böyük müharibəyə doğru aparır.

“Vaxtilə Böyük Britaniyanın baş naziri Uinston Çörçill “Şimali Koreya üzərində qələbə müharibənin bitməsi sayılmaz” demişdi. Bu nəinki müharibənin sonu və ya deyildiyi kimi, sonun başlanğıcı ola blər. Yeni müharibə sadəcə başlanğıcın sonu ola bilər”, – məqalənin yekununda bildirilir.

Musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here